Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı Qasımov Ramiz Vaqif oğlunun məzarı ziyarət edilib

23 oktyabr 2026 | 15:04
23 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi Qəhrəmanı Qasımov Ramiz Vaqif oğlunun məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət edilib.
Ziyarətdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ziyarət zamanı şəhidin ruhuna dualar oxunub, məzarı önünə əklil və gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edir, onların ruhlarına Allahdan rəhmət diləyirik.
Keçidlər