Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Rayon icra hakimiyyəti YAP Xətai rayon təşkilatı ilə birgə aztəminatlı ailələrin uşaqları ilə görüş keçirib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Rayon icra hakimiyyəti YAP Xətai rayon təşkilatı ilə birgə aztəminatlı ailələrin uşaqları ilə görüş keçirib. Balacaları bayram münasibətilə təbrik edən YAP-ın Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov bildirib ki, 31 dekabr bütün dünya azərbaycanlılarını birlik və həmrəyliyə səsləyən əsl ümumxalq bayramıdır. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir. Rayon icra hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, bu günün böyük təntənə ilə qeyd edilməsi dünyada yaşayan bütün soydaşlarımız üçün mənəvi ehtiyaca çevrilib. Tədbirin sonunda uşaqlara bayram hədiyyələri verilib.