Rayon haqqında
Rayon haqqında
Xətai rayonu haqqında məlumat
Xətai rayonu Bakı şəhərinin inzibati rayonlarından biridir və paytaxtın mərkəzə yaxın, cənub-şərq hissəsində yerləşir. Rayonun ümumi ərazisi 31,6 kv. km, əhalisi 332 194 nəfərdir. Xətai rayonu Bakı şəhərinin ən sıx məskunlaşmış və strateji əhəmiyyətə malik həm yaşayış, həm inzibati həm də sənaye baxımından mühüm mövqeyə sahibdir.
Bakı metrosunun Xətai, H.Aslanov və Əhmədli stansiyaları yerləşir. Yaşayış fondu köhnə sovet dövrünün çoxmərtəbəli binaları ilə yanaşı, müasir yaşayış komplekslərini və “Bakı Ağ Şəhər” kimi iri şəhərsalma layihəsini də əhatə edir.
İcra Hakimiyyəti
Xətai Rayon İcra Hakimiyyəti öz fəaliyyətini “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun şəkildə həyata keçirir. 2012-ci ildən etibarən İcra Hakimiyyəti başçısı yanında Şura fəaliyyət göstərir. Şura 9 nəfərdən ibarətdir və rayonun iqtisadi, sosial və mədəni məsələlərinin müzakirəsi məqsədi daşıyır. Qərarlar tövsiyə xarakterlidir. Rayonda Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi, 1, 2, 3 və 4 saylı Sahə İnzibati Ərazi Dairələri, Xətai və Əhmədli bələdiyyələri fəaliyyət göstərir.
Parklar
Gənclik parkı, Heydər Əliyev adına istirahət parkı, Lalələr parkı, Nizami parkı, Zəfər parkı, Sevirəm parkı, Hərbi Qənimətlər parkı, Polad Həşimov və Rahib Məmmədov küçələrində yerləşən parklar, Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsinin yerləşdiyi park, Dənizkənarı Milli Park, 44 abad həyət.
Tarixi
Rayonun tarixi 1904-cü ildən başlayır. İlk olaraq Zavodskaya rayonu kimi yaradılmış, 1920-ci ildən Fabrik-zavodu rayonu, 1932-ci ildən isə Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə rayonun bir hissəsi ayrılaraq Nizami rayonu yaradılmışdır. 5 yanvar 1990-cı ildən etibarən Xətai rayonu adlanır.
Təhsil
Rayonda 4 ali məktəb, 39 orta məktəbi, 47 uşaq bağçası-körpələr evi, 1 peşə mərkəzi və 4 uşaq musiqi məktəbi fəaliyyət göstərir.
Səhiyyə
Rayonda 2 təcili yardım srtansiyası, 17 dövlət, 19 özəl səhiyyə müəssisəsi əhaliyə xidmət göstərir.
Mədəniyyət
Rayon mədəniyyət və istirahət baxımından da zəngindir. Burada Müasir İncəsənət Muzeyi, Nobel Qardaşlarının Ev Muzeyi, Səhiyyə Nazirliyinin Təbabət Muzeyi, Xətai rayon Sənət Mərkəzi, 3 mədəniyyət evi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun filialları
Siyasi
Rayon ərazisində 4 Seçki Dairəsi-33, 34, 35 saylı Xətai və 36 saylı Xətai-Suraxanı, 152 seçki məntəqəsi fəaliyyət göstərir. Rayonun ictimai-siyasi həyatında 22 siyasi partiya, 32 ictimai təşkilat fəaliyyət göstərir.
Dini
2 məscid və 1 kilsə mövcuddur. Əhmədli Məscidi 2024-cü ildə H.Əliyev Fondu tərəfindən əsaslı yenidənqurma və təmir işləri aparılıb.






