Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr-Milli Həmrəylik gününə həsr edilmiş tədbir.

28 dekabr 2013 | 11:00

Xətai rayonu 86 saylı tam orta məktəbdə 31 dekabr-Milli Həmrəylik gününə həsr edilmiş “Vətəni və Təbiəti qoruyaq” adlı müsabiqənin nəticələri ilə bağlı tədbir keçirildi. Tədbiri məktəbin direktoru Almaz Əzizova açaraq şagirdləri və qonaqları təbrik etdi, onlara dərslərində və işlərində uğurlar arzuladı. Tədbirdə təbiət və vətənpərvərlik mövzularında hazırlanmış  rəsm və əl işləri nümayiş olundu. Rayon İcra hakimiyyətinin başçısının müavini Jalə Abdiyeva da çıxış edərək, rayonda son illərdə təhsil sahəsində görülən səmərəli işlərdən,  rayon məktəblilərinin bu ilki uğurlarından söhbət açdı. Tədbirdə məktəblilərin hazırladıqları bədii kompazisiyalar qonaqlarda xoş təəssüratlar yaratdı. Sonda müsabiqənin qaliblərinə sertifikat və hədiyyələr təqdim olundu.

Keçidlər