Şriftin ölçüsü :

Saytın rəngi :

Nobel prospekti, “Ağ şəhər” istiqamətində rayon icra hakimiyyəti tərəfindən aparılan abadlıq- quruculuq işləri davam etdirilir.

09 yanvar 2014 | 11:00

Nobel prospekti, “Ağ şəhər”  istiqamətində rayon icra hakimiyyəti tərəfindən aparılan abadlıq- quruculuq işləri davam etdirilir. Nobel prospekti 3, 5, 7 ünvanlarında yaşayış binalarının fasadları aqlay daşlar ilə üzlənmiş, dam örtükləri dəyişdirilərək mansard mərtəbəli yeni dam örtüyü ilə əvəzlənmiş, balkonda  tökmə metal məhəccərlər quraşdırılmış, binalar arasındakı keçidlərdə taqlar inşa edilərək milli ornamentlərin əks olunduğu  şəbəkələrlə bəzədilmişdir. Milli parkın genişləndirilməsi ilə bağlı dənizqırağı zolaq mövcud köhnə və fiziki cəhətdən aşınmağa məruz qalmış obyekt və tikililərdən təmizlənmiş, Nobel prospekti boyunca istinad divarı ilə məhdudlaşdırılmışdır. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov əraziyə baxış keçirərək, abadlıq-quruculuq işlərinin növbəti mərhələləri haqda müvafiq tapşırıqlar vermişdir.

Keçidlər