Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov Naximov yaşayış sahəsində yerləşən 221 saylı tam orta məktəbdə sakinlər ilə görüşdü

11 yanvar 2014 | 11:00

2014-cü il yanvar ayının  10-da Xətai rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun Naximov yaşayış sahəsinin sakinləri ilə səyyar görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri, 3 saylı sahə inzibati ərazi dairəsinin nümayəndəsi,  eləcə də 107 nəfər sakin iştirak edirdi.
Görüşü rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sakinlərdən Ящмядов Новруз, Ялийева Сона, Яфяндийев Елшян, Бабайев Щясянхан və başqaları çıxış edərək rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmamazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə, eləcə də rayon ərazisində və Cavanşir küçəsində aparılan söküntü işlərinin sürətləndirilməsi ilə bağlı aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Həmçinin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını tapşırdı.

Keçidlər