Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları ilə göruş keçirildi.

31 oktyabr 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları keçirilir. Belə ki, Xətai rayonunda ölkə başçısının tapşırığına əsasən 17 noyabr 2016-cı il tarixində “Ölkəmizi tanıyaq”  maarifləndirici tur-aksiyasının iştirakçıları Gəncə şəhərinə yola salınacaq.
Dörd gün davam edəcək tur-aksiya çərçivəsində şagirdlər Gəncə şəhərinin tarixi abidələrini, görməli yerlərini və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaq şansı eldə etməklə yanaşı, “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək intellektual, əyləncəli oyunlarda və yarışlarda iştirak edəcəklər. Bununla bağlı 31 oktyabr 2016-cı il tarixində tur aksiyanin iştirakçıları və onların valideynləri Xətai rayon İcra Hakimiyyətinə dəvət olunmuş, turun mahiyyəti ilə bağlı məktəblilərə və onların valideynlərinə məlumat verilmişdir.

Keçidlər