Şriftin ölçüsü :

Saytın rəngi :

15 №li Uşaq Gənclər və İdman Məktəbi qalib olmuşdur

01 noyabr 2016 | 11:00

15 №li Uşaq Gənclər və İdman Məktəbinin yeniyetmə oğlanlardan ibarət Voleybol komandası Xaçmaz rayonunda keçirilən zona yarışında birinci yeri tutmuş,  final mərhələsinə vəsiqə qazanmışdır. Rayonumuzun komandası daha sonra  Göygöl rayonunda keçirilən final yarışlarında da birinci yeri tutaraq yarışların qalibi adına laiq görülmüşdür.
1 noyabr  2016-cı il tarixdə Xətai rayonu 15 №li Uşaq Gənclər və İdman Məktəbi  Azərbaycan Respublikası İdman Məktəblərinin VII  Respublika Oyunlarının Voleybol idman növü üzrə yarışında birinci yeri tutmuş yeniyetmə voleybolçuların mükafatlandırma mərasimi keçirilmişdir.   Mükfatlandırma  mərasimində Xətai rayon  Gənclər və İdman İdarəsinin idman sahəsi üzrə aparıcı məsləhətçisi Xalid Məmmədov iştirak etmiş, qalib komandanın üzvlərini rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif etmişdir.

Keçidlər