Şriftin ölçüsü :

Saytın rəngi :

“Multikulturalizm Azərbaycanda dövlət siyasətidir” mövzusunda tədbir keçirilib

04 noyabr 2016 | 11:00

Noyabrın 4-də  Xətai rayonundakı  261 saylı tam orta məktəbdə “Multikulturalizm  Azərbaycanda dövlət siyasətidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Dini Qurumlarla işlər üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev, 1 saylı SİƏD-nin nümayəndəsi Dəyanət Əzizov, məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 261 saylı tam orta məktəbin direktoru Abuzər Əsədov tədbirin mahiyyəti barədə geniş məlumat verdi . Daha sonra çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Prezident İlham Əliyevin 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu qeyd edərək, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin azadlıq, dostluq mühitində yaşadığını vurğuladı. Diqqətə çatdırıldı ki, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir.
Sonra şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov çıxış edərərək bildirdi ki, multikulturalizm  Azərbaycan üçün siyasətdir.  Çünki, Azərbaycan çoxmillətli, çoxdinli  bir ölkədir. Burada çoxlu millətlərin və xalqların nümayəndələri, müxtəlif dinlərin daşıyıcıları var. Bunlar həm də müxtəlif sivilizasiyaların Azərbaycanda mövcud olduğunu göstərir. O, bildirib ki, radikal dini cərəyanlara qoşulan gəncləri yalnız maarifləndirmə yolu ilə islamın buyurdugu həqiqətləri çatdırmaqla zərərsizləşdirmək mümkündür.
Gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılması üçün faktlar əsasında çəkilən “ Fitnə” filminin önəmindən bəhs edilib. Daha sonra “Fitnə” filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb.

Keçidlər