Şriftin ölçüsü :

Saytın rəngi :

263 SAYLI MƏKTƏBDƏ SƏYYAR GÖRÜŞ

04 noyabr 2016 | 11:00

Noyabrın 4-də  Xətai rayonundakı  263 saylı tam orta məktəbdə sakinlər ilə görüş keçirildi. Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri , eləcə də rayon sakinləri iştirak edirdilər. Görüşdə sakinlərə son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə və rayonumuzda abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verildi. Sakinlərdən Gültəkin Əlyarova, Nurlana Məmmədova, İradə Bayramova, Kəmalə Baladadaşova, Nübar Əliyeva və başqaları rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Əsasən məhəllədaxili  bəzi yolların işıqlandırılması, təmiri, liftlərdə olan nasazlıqlar, binaların dam örtüyünün təmiri, qazın təzyiqinin  zəifliyi və digər kommunal məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər