Xətai rayonunda “Bayraq günü” münasibətilə silsilə tədbirlər davam etdirilir
Xətai rayonunda “Dövlət Bayrağı günü”nə həsr olunmuş tədbirlər davam etdirilib. Bu münasibətlə rayonun 55, 56, 194, 138,165, 191, 263, 24, 265, 249, 269, 261, 17, 204, 264 saylı orta məktəblərdə və "Humanitar lisey"ində, 288, 255, 315, 202, 8, 316 saylı körpələr evi-uşaq bağçalarında tədbirlər keçirilib.
Tədbirlərdə dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının, milli suverenliyimizin simvolu kimi qəbul olundugu vurğulanıb. Həmçinin qeyd olunub ki, dövlət başçısının sərəncamına uyğun olaraq hər il respublikamızın hər yerində və ölkə hüdudlarından kənarda həmyerlilərimiz tərəfindən “Dövlət Bayrağı günü” qeyd edilir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir.
Tədbirlərdə məktəblilərin ifasında günün mahiyyətini özündə əks etdirən səhnəciklər, şeirlər, musiqilər səsləndirilib.