Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Xətai rayonunda ağsaqqallar arasında nərd turniri təşkil olunub

05 may 2025 | 11:29

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Xətai rayonunda ağsaqqallar arasında nərd turniri təşkil olunub. Turnir Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Xətai rayon Ağsaqqallar Şurası, Xətai Rayon İcra Hakimiyyəti yanında İctimai Şura,Xətai Rayon Yeni Azərbaycan Partiyası və  Xətai Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirin əsas məqsədi ağsaqqallarımıza olan diqqət və qayğını nümayiş etdirmək, eyni zamanda onların sosial fəallığını artırmaq, cəmiyyət həyatında iştirakını təşviq etməkdir.

Rayonun müxtəlif ərazilərindən olan ağsaqqallar bu turnirdə böyük maraq və həvəslə iştirak ediblər. Gərgin və maraqlı oyunlarla yadda qalan yarış zamanı dostluq, həmrəylik və qarşılıqlı hörmət ab-havası hökm sürüb. Turnir başa çatdıqdan sonra fərqlənən iştirakçılar təntənəli şəkildə mükafatlandırılıb.

Yarışın nəticələrinə əsasən, I, II və III yerləri tutan iştirakçılar kubok, medal, diplom və pul mükafatı ilə təltif olunublar. Bu mükafatlar onlara həm uğurlarının təntənəsi, həm də göstərilən dəyərin simvolu kimi təqdim olunub.

Sonda qeyd olundu ki, bu cür tədbirlər ağsaqqallarımızın təcrübəsinə, müdrikliyinə və nüfuzuna verilən qiymətin bariz nümunəsidir. Eyni zamanda, gənc nəsil üçün vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət və birlik nümunəsidir.

 

Keçidlər