Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Ana fəryadı abidəsinin yerləşdiyi parkda abadlıq işləri davam edir
Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Xətai rayonunda yerləşən Ana fəryadı abidəsinin yerləşdiyi parkda abadlıq işləri davam edir.
Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımınına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir. Prezident Administrasiyası rəhbəri Samir Nuriyevin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq Xətai rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Plana əsasən, abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda müxtəlif naxış formalarını özündə əks etdirən 120 mindən çox gül və bəzək kolunun əkilməsinə başlanılıb. Həmçinin Yusif Səfərov küçəsi və Xocalı prospektində yaşıllıq örtüyü yenilənir, rəngarəng güllər və dekorativ kollar əkilir. Bununla yanaşı anım günü ilə bağlı ziyarətçilərin gediş-gəlişi rahat təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri həyata keçirilir.