Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələr

 

Xətai Bələdiyyəsi

Müstəqil Azərbaycan Respublikasında 1999-cu ilin dekabr ayından fəaliyyət göstərən bələdiyyələrin təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Yerli özünüidarəetmə orqanı olan bələdiyyələr bələdiyyənin inzibati ərazisində yaşayan sakinlərin sosial,iqtisadi,ekoloji,hüquqi problemlərinin həllində yaxından iştirak edirlər.
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin bələdiyyələr haqqında 2004-cü ildə söylədiyi “Azərbaycanda bələdiyyə seçkiləri ikinci dəfədir ki, keçirilir,müəyyən təcrübə var. Bu seçkilərdən sonra bələdiyyələrin statusu daha da artacaq,onlar yerlərdə konkret işlərlə məşğul olacaqlar.Beləliklə, bu təchizat Azərbaycanda artıq formalaşmışdır,gələcəkdə inkişaf edəcəkdir” fikri bələdiyyələri ruhlandıraraq onların fəaliyyətinə təkan vermişdir.

Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, Bələdiyyələrin statusu, maliyyələşməsi, onların əmlakı, torpaqları, əraziləri, bələdiyyə üzvlərinin səlahiyyətləri haqqında qanunları və digər normativ sənədləri rəhbər tutan Xətai rayon Xətai bələdiyyəsi fəaliyyət göstərdiyi illər ərzində rayonun iqtisadi,sosiolojo,ekolojo problemlərinin həllində yaxından iştirak etmişdir. Belə ki, III bələdiyyə seçkilərindən keçən dövr ərzində Xətai Bələdiyyəsi sənaye rayonu olan Xətai rayonu ərazisində bir sıra işlər görmüşdür. Respublikanın aran rayonlarındakı sel daşqınları ilə əlaqədar bələdiyyə irihəcmli beton plitələri yüklənmiş 3(üç) avtomaşınla rayon İcra Hakimiyyətinin iştirak etdiyi tədbirə qoşulmuşdur. Bələdiyyə üzvləri və bələdiyyənin İcra Aparatı işçiləri Xətai rayonunda keçirilən müxtəlif tədbirlərdə və iməcliklərdə iştirak etmişlər. Rayon ərazisində müxtəlif ünvanlarda 51632 m2 asfalt-beton örtüyü salınıb, 260 p/m binadaxili kanalizasiya xətləri dəyişdirilib, 470 m2 binaların dam örtüyünə steklorebroid tol salınıb, 290 p/m binadaxili su xətləri dəyişdirilib.

Bələdiyyədə 3 daimi komissiya ilə yanaşı,vergi agentlərinin işinə köməklik və nəzarət məqsədilə bələdiyyə üzvlərindən ibarət 3 (üç) müvəqqəti komissiya da yaradılmışdır. Bələdiyyənin maliyyəsinin əsasını təşkil edən vergilərin səmərəli toplanması istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, Xətai bələdiyyəsi Xətai MKTB ilə əmlak vergisinin toplanması barədə müqavilə bağlamışdır ki, bu da öz səmərəsini verməkdədir.

Xətai bələdiyyəsi Türkiyənin Tarsus Şəhər Bələdiyyəsi ilə qardaşlıq əlaqəsini davam etdirir. Belə ki, mart ayının 17-də Tarsus Bələdiyyəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin adına əzəmətli bir körpünün açılışı olmuşdur. Həmin açılışda iştirak etmək üçün Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov cənablarının rəhbərliyi ilə rayonumuzdan Türkiyəyə gedən nümayəndə heyətinin tərkibində Xətai bələdiyyəsi də təmsil olunmuşdur.

Xətai Bələdiyyəsi “Avro-Adenaur” adına qeyri-hökumət təşkilatı ilə birlikdə 138 saylı orta məktəbin yuxarı sinif şagirdləri ilə “Demokratiyanı yalnız kitablardan deyil,həyatdan da öyrənmək olar” mövzusunu müzakirə etmək məqsədilə görüş keçirilmişdir.

2011-ci ilin dekabr ayının 19-dan 25-dək Xətai bələdiyyəsi tərəfindən “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbirlər həyata keçirilmişdir. Belə ki, rayon ərazisində müxtəlif ünvanlarda “Bələdiyyə poçtu” qutuları quraşdırılmış, vətəndaşların qəbulunu təşkil etmək məqsədilə “açıq qapı” günü elan edilmiş, vətəndaşlarla operativ əlaqələrin təmin edilməsi məqsədilə “qaynar xətt” telefon nömrəsi elan edilmişdir.

Bələdiyyə vergilərinin daha səmərəli toplanmasının təkmilləşdirilməsi, sakinlərin sosial, ekoloji, iqtisadi problemlərinin imkan daxilində həll edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, bələdiyyənin icarəyə götürdüyü inzibati binanın bələdiyyənin balansına keçirilməsi və yaxud yeni ofis binasının tikilməsi, rayon və respublika səviyyəsində keçirilən tədbirlərdə yaxından iştirak edilməsi kimi məsələlər Xətai bələdiyyəsi tərəfindən 2013-cü il üçün nəzərdə tutulan işlərin tərkib hissəsidir.

Xətai rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq, Bələdiyyələrlə İş üzrə Mərkəzin təlimatı və göstərişlərinin nəzərə alınması bələdiyyənin öz fəaliyyətinin səmərəli məcraya istiqamətləndirilməsinə müsbət təsir göstərir.

Ünvan: M.Rüstəmov 21
Tel: 370-53-77

 

Soyadı, adı, atasının adı Vəzifəsi Telefon
1. Vəliyev Elşad Vilayət oğlu Sədr 370-31-36
2. Əliyev Əliyar Məcid oğlu Müavin 370-53-78
3. Hacıyeva Nərminə Aslan qızı Müavin 370-53-77
4 Əsədov Şahmar Əli oğlu Büdcə və İqtisadi İnkişaf məsələləri komissiyanın sədri 370-45-75
5 Ağrılı Aliyə Reyman qızı Yerli Sosial və Ekologiya məsələləri komissiyanın sədri 376-70-85
6. Rzayev Kənan Əfqan oğlu Hüquq komissiyanın sədri 596-19-25
7.      

Əhmədli Bələdiyyəsi

Xətai rayon Əhmədli bələdiyyəsi öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanununu və digər aktları rəhbər tutaraq təşkil edir.
Bələdiyyə öz büdcəsini ümumi bələdiyyənin istifadəsində olan torpaqlarda tikilən tikililərdən əmlak vergisi, torpaqlardan isə icarə haqqı toplayaraq formalaşdırır.
Ötən il ərzində Əhmədli bələdiyyəsi ərazisində yaşayan əhalinin rifah halının və aztəminatlı insanların sosial durumlarının yaxşılaşdırılması, məhəllə və küçələrin abadlaşdırılması istiqamətində bir çox işlər görmüşdür. Bir neçə küçələrdə kanalizasiya və su xətləri yenilənmiş, asfalt örtüyü salınmışdır. Qəsəbədəki Seyid Mirhəsənağa və Şahin Səmədov küçələrində hissə-hissə asfaltlanma işləri aparılmış, Vəli Məmmədov adına mədəniyyət evi təmir olunmuşdur. İl ərzində Dövlət əhəmiyyətli bayramlarda şənliklər, konsert proqramları təşkil olunmuşdur.
Qəsəbədə 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olanların xatirəsini əbədiləşdirən abidədə təmir işləri görülmüş və 40 ədəd qızılgül kolları əkilmişdir. Qəsəbədaxili küçələrin; Balaxan Süleymanov, 8-ci Əhmədli küçəsində asfaltlanma işləri görülmüş, Aşıq Ələsgər küçəsində qrunt suları təmizlənmiş, 40 diametrli su borusu dəyişdirilmişdir. Qurban bayramı ilə əlaqədar qəsəbədə yaşayan tənha və kimsəsizlərə (150 nəfərə 1 kq olmaqla) Qurban payı paylanmış,mütəmadi olaraq onlara maddi yardım olunmuşdur.Bələdiyyənin inzibati binası cari təmir olunmuş, 64 saylı məktəbin hasarı bütövlüklə ağardılmış, bələdiyyə ərazisində 30 m kanalizasiya borusu dəyişdirilmişdir. Ümumilikdə rayonda təşkil olunmuş tədbirlərdə Əhmədli bələdiyyəsi fəal iştirak etmişdir.
2010-2011-ci illər ərzində qəsəbədən yığılan torpaq və əmlak vergisi ümumilikdə 23.000 manat təşkil etmişdir. Yığımın zəif olmasının əsas səbəbləri ərazidə yığımın nəzarətsiz aparılması və qəsəbədə inventarizasiya işlərinin tamamlanmamasıdır. 2011-ci ilin avqust ayından başlayaraq inventarizasiya işləri bələdiyyə tərəfindən təşkil edilmiş, hal-hazırda T.Hacıbabayev, Ş.Səmədov, 9-cu Əhmədli küçələri tam, 5-ci Əhmədli küçəsində inventarlaşma işləri aparılır. Bu məsələlərin həlli üçün ilk növbədə büdcənin formalaşdırılması bələdiyyə kollektivi qarşısında əsas məqsəd kimi qoyulmuşdur.
Yerli özünüidarəetmə orqanı olan Əhmədli bələdiyyəsi öz fəaliyyətini bundan sonra da qəsəbənin sosial-iqtisadi həyatının inkişafında var qüvvəsini əsirgəməyəcək və inanırıq ki, 2013-cü ildə əvvəlki illərdə qazandığımız təcrübəyə əsaslanaraq daha da əzm və qüvvə ilə sakinlərin və Respublika rəhbərliyinin etimadını qazanacağıq.

Ünvan: Əhmədli qəsəbəsi, 3-cü qəsəbə 1
Telefon: 370-10-98, 375-65-32

Soyadı, adı, atasının adı Vəzifəsi Telefon
1. Həsənli Allahverdi Bayram oğlu Sədr 370-10-98
2. Əlizadə Lalə Mürsəl qızı Müavin 375-65-32
3 Abdullayev Teymur Əbülfəz oğlu Müavin 375-65-32
4. Paşayeva Rəqsanə İqbal qızı Yerli Büdcə İqtisadi İnkişaf məsələləri komissiyasının sədri -
5. Qurbanova Qənirə Əhmədalı qızı Yerli Sosial,ekologiya və hüquq məsələləri komissiyasının sədri -
6. Qədirov Elvin Əvəz oğlu Yerli İqtisadi İnkişaf məsələləri komissiyasının sədri -

 

Keçidlər