R.İ.Məmmədovun Bakı şəhəri Xətai rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri
26 sentyabr 2006-cı il № 1691