Şriftin ölçüsü :

Saytın rəngi :

Görülən işlər

Etik davranış qaydaları ilə bağlı 2022-ci  ildə keçirilən tədbirlər

  Rayon İcra Hakimiyyətində  Etibar Əhmədov aparatda məsul şəxs etik müvəkkil təyin edilmişdir.

Etik müvəkkilin iştirakı ilə rayon ərazisində çalışan dövlət qulluqçuları üçün aparatda  2022-ci ilin bütün aylarında “Dövlət qulluqçularının etik davranış qaydaları və onun əhəmiyyətli” mövzusunda geniş müzakirə-seminar aparılmış, dövlət qulluqçuları və vəzifəli şəxslərin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət edilməsinə diqqət yetirilmişdir.
Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 303-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 22 may tarixli 582 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 10 fevral 2014-cü il tarixli 021-Q nömrəli qərarı ilə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın 22 fevral 2014-cü il tarixdən qüvvəyə minməsi inzibati vəzifə tutan dövlət qulluqçularının bir daha etik davranış qaydalarına daha ciddi şəkildə əməl edəcəklərinə zəmin yaradır.
Həmçinin  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 367 nömrəli 19.11.2015-ci il tarixli Qərarının Xətai rayon İcra Hakimiyyətində də icrası bir daha  Dövlət qulluqçularının dövlət səviyyəsində etik davranışına nəzarətin güclənməsi deməkdir.
14.11.2022-ci il tarixdə aparatın İnformasiya Təminatı və Təhlil sektorunun müdiri Azərbaycanda kibergigiyena üzrə ilk beynəlxalq konfransda iştirak edib.

RİH-in təşəbbüsü ilə 01.02.2022-30.06.2022-ci il tarixədək aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi İnal Heydərli Strateji araşdırmalar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik kursunda iştirak etmişdir.

 2022-ci illər ərzində Aparatda çalışan və dövlət qulluğunda fərqlənən 1 işçi təqdimatımız əsasında Azərbaycan Respublikası Prezidentinin  Sərəncamına əsasən  “Tərəqqi”  medalı ilə təltif edilmişlər.

 Xətai rayonu üzrə 2022-ci ildə dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması faktı aşkar edilib qeydə alınmamış və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı heç bir şikayət daxil olmamışdır.

Keçidlər