Səmədov Anar Qorxmaz oğlu, 12 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə orta məktəbi bitirib. 2005-2010-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakultəsində bakalavr təhsili alıb. 2010-2011-ci illər ərzində ordu sıralarında qulluq edib.
2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsində, 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə magistr təhsili alıb.
2011-ci ildən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Şəhər təsərrufatı şöbəsində, 2012-ci ildən isə Bakı şəhər İcra Hakimiyyətinin Aparatında, 2013-cü ildən Bakı şəhər İcra Hakimiyyətinin Aparatının Şəhər təsərrufatı, Sosial-İqtisadi İnkişafin Təhlili və Proqnozlaşdırması şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
2013-2018-ci illərdə Azərbaycan Respublikası Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Layihələrə baxılması , Müraciətlər və Sənədlərlə İş şöbəsinin müdiri, 2018-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəis müavini vəzifəsini icra etmişdir.
Dövlət qulluğunun kiçik müşaviridir. Ailəlidir. 2 övladı var.
1 Dekabr 2020-ci il tarixdən Xətai rayon İcra Hakimiyyəti Başçısının birinci müavinidir.
Əhmədov Etibar Yunus oğlu, 24 oktyabr 1956-cı il Balakən rayonunda anadan olub. 1973-cü ildə orta məktəbi bitirib və 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub. 10.09.1973-cü il tarixdən Ümumittifaq Elmi Tədqiqat Layihə İnstitutunda təbii qazın nəql edilməsi üzrə laborant, baş laborant, mühəndis işləyib. 1982-ci il tarixində Universiteti bitirərək kimyaçı-müəllim ixtisasını alıb.
1976-1978-ci illər ərzində ordu sıralarında qulluq edib. Ehtiyatda olan zabit-leytenantıdır.
1986-cı il tarixdə Marksizm-Leninizm Universitetində təhsil alıb.
27.05.1982-ci il tarixində SSRİ Ali Sovetinin qərarı ilə «За трудовое отличие» medalı ilə, 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Dövlət Qulluğunda” fərqlənmə medalı ilə təltif olunub.
10.04.1986-ci il tarixində Xətai rayon partiya komitəsinə təlimatçı, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışmışdır. 1990-cı il tarixində Xətai rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. 1991-1996-cı illərdə Xətai rayon İcra Hakimiyyətində baş məsləhətçi, 1996-2017-ci illərdə şöbə müdiri vəzifəsində işləyib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun kiçik müşaviridir. Ailəlidir. 2 övladı var.
11.12.2017-ci il tarixdən Xətai rayon İcra Hakimiyyəti Başçısının müavinidir.