05.09.2026-cı il tarixində Xətai rayonunda təmizlik və abadlıq iməciliyi keçirilib
05 sentyabr 2026 | 10:28
05 sentyabr 2026-cı il tarixində Xətai rayonunda təmizlik və abadlıq iməciliyi keçirilib. Səhər saatlarından start verilən iməcilik zamanı rayonun kommunal xidmətləri tərəfindən küçə və prospektlərdə təmizlik işləri aparılıb.
İməcilik çərçivəsində yol kənarlarında və yaşıllıq ərazilərində otlar biçilib və daşınıb. Eyni zamanda səki kənarları, bordyurlar, işıq dirəkləri və yolboyu məhəccərlər yuyulub.
Park və istirahət məkanlarında yerləşən oturacaqların da yuyulması, zərər görmüş oturacaqların bərpası və rənglənməsi həyata keçirilib.
Qeyd edək ki, Xətai rayonunda mütəmadi olaraq keçirilən belə iməciliklər ətraf mühitin qorunmasına və şəhərin estetik görünüşünün yaxşılaşdırılmasına xidmət edir.






