06.10.2026-cı il tarixdə Vətən Müharibəsi şəhidləri Kazımov Kamran Qurbanəli oğlu, Quliyev Rəşad Rəşid oğlu, Kazımov Elvin Ədalət oğlunun məzarı ziyarət edilib.
06 oktyabr 2026 | 10:59
06.10.2026-cı il tarixdə Vətən Müharibəsi şəhidləri Kazımov Kamran Qurbanəli oğlu, Quliyev Rəşad Rəşid oğlu, Kazımov Elvin Ədalət oğlunun məzarları ziyarət edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidlərin ruhuna dualar oxunub, məzarları qarşısına əklil və gül dəstələri düzülüb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!






