Şriftin ölçüsü :

Saytın rəngi :

14.10.2026-cı il tarixdə Vətən Müharibəsi şəhidləri Əsgərov Rüfət Mürvət oğlu və  Rzayev Vüsal Tofiq oğlunun məzarları ziyarət olunub

14 oktyabr 2026 | 14:24

14 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidləri Əsgərov Rüfət Mürvət oğlu və  Rzayev Vüsal Tofiq oğlunun anım günləri ilə əlaqədar məzarları ziyarət olunub.

Anım mərasimində Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ziyarət zamanı şəhidlərin məzarları önünə əklil və gül dəstələri düzülüb, onların əziz və unudulmaz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Şəhid ailələrinin üzvləri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!  

Keçidlər