Çingizxan Kərimov küçəsi 4 ünvanda abadlıq işlərinə başlanıldı
27 dekabr 2019 | 11:00
Rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi istiqamətində rayon İcra Hakimiyyəti tərəfindən müntəzəm aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun Çingizxan Kərimov küçəsi 4 ünvanında abadlıq işlərinə başlanılıb.
Görülən işlər çərçivəsində qanunsuz çəpərlənmələr və yöndəmsiz tikililər sökülür, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə ərazidə təmizlik və abadlıq işləri aparılır. Həmçinin səkilərə daş döşənməsi, sakinlərin istirahəti üçün skamyalar quraşdırılması, yaşıllıq örtüyünün salınması, ətraf binalarda təmir işlərinin aparılması nəzərdə tutulur.








.jpg)
.jpg)







