Şriftin ölçüsü :

Saytın rəngi :

23.05.2026-cı ildə Xətai rayonunda təmizliklə bağlı iməclik keçirilib

23 may 2026 | 11:08

23 may 2026-cı il tarixində Xətai rayonunda təmizlik və abadlıq iməciliyi keçirilib. Səhər saatlarından start verilən iməcilik zamanı rayonun kommunal xidmətləri tərəfindən küçə və prospektlərdə təmizlik işləri aparılıb.

İməcilik çərçivəsində yol kənarlarında və yaşıllıq ərazilərində otlar biçilib, prospekt və küçələr yuyulub. Eyni zamanda səki kənarları, bordyurlar, işıq dirəkləri və yolboyu məhəccərlər xüsusi texnikalar vasitəsilə təmizlənib.

Park və istirahət məkanlarında yerləşən oturacaqların yuyulması və ətraf ərazilərin abadlaşdırılması da həyata keçirilib.  

Qeyd edək ki, Xətai rayonunda mütəmadi olaraq keçirilən belə iməciliklər ətraf mühitin qorunmasına və şəhərin estetik görünüşünün yaxşılaşdırılmasına xidmət edir.

Keçidlər