Şriftin ölçüsü :

Saytın rəngi :

31 oktyabr 2026-cı il tarixində Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr-Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib.

31 oktyabr 2026 | 12:40
31 oktyabr 2026-cı il tarixində Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr-Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib.
Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhid ataları, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Aksiya rayonun "Gənclik" parkında və 8 Noyabr prospektində təşkil olunub. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir zamanı 1200 ədəd kiparis, eldar şamı, evkalipt ağacı əkilib, onlar suvarılıb və aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasının əsas məqsədi yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji sabitliyin təmin olunması, şəhərin ekoloji tarazlığının bərpası və ictimaiyyət arasında təbiətə qayğı hissinin təbliğ olunmasıdır.
Tədbir çərçivəsində ərazidə qurumuş və təhlükə yaradan ağaclar götürülüb, ot örtüyü biçilib, quru otlar daşınıb.
Keçidlər