31 oktyabr 2026-cı il tarixində Xətai rayonunda növbəti yaşıllaşdırma tədbiri həyata keçirilib.
31 oktyabr 2026-cı il tarixində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində rayon ərazisində növbəti yaşıllaşdırma tədbiri həyata keçirilib.
Tədbir çərçivəsində rayonun Rahib Məmmədov və Xudu Məmmədov küçələrində ümumilikdə 1000 kvadratmetr ərazidə qazon örtüyü salınıb.
Həyata keçirilən yaşıllaşdırma işlərinin əsas məqsədi rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin qorunması, küçə və prospektlərin estetik görünüşünün daha da gözəlləşdirilməsi, eləcə də sakinlər üçün daha sağlam və əlverişli yaşayış mühitinin yaradılmasıdır.
Xətai rayonunda yaşıllıq sahələrinin genişləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi istiqamətində tədbirlər mütəmadi olaraq həyata keçirilir.






