Antiterror tədbirləri zamanı şəhid olmuş Daşdəmirov Sahib Natiq oğlunun məzarı ziyarət edilib.
20.09.2026-cı il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olmuş Daşdəmirov Sahib Natiq oğlunun məzarı ziyarət edilib.
Tədbirdə rayon Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına tər gül-çiçək dəstələri düzülüb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!






