Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror tədbirləri zamanı şəhid olmuş İsmiyev Zeynal Mustafa oğlunun məzarı ziyarət edilib.

21 sentyabr 2026 | 10:51

21.09.2026-cı il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olmuş İsmiyev Zeynal Mustafa oğlunun məzarı ziyarət edilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon ağsaqqalları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına əklil və tər gül-çiçək dəstələri düzülüb. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Daha sonra məzarlıqda digər şəhidlərin məzarları ziyarət olunub. 

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!

Keçidlər