Aprel şəhidi Orucov Müşfiq Arif oğlunun məzarı ziyarət edilib.
18 sentyabr 2026 | 17:33
18.09.2026-cı il tarixdə Aprel şəhidi Orucov Müşfiq Arif oğlunun məzarı ziyarət edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına tər gül-çiçək dəstələri düzülüb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!






