Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin 759 nömrəli Fərmanın icrası ilə bağlı Xətai rayonunda maarifləndirici görüş keçirilib

01 mart 2026 | 17:23

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 nömrəli Fərmanının 8-ci bəndinin icrasını təmin etmək məqsədilə Xətai rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində fəaliyyət göstərən fermerlərin müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsinə köməklik göstərilməsi ilə bağlı maarifləndirici görüş keçirilib.

Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, rayon bələdiyyələrinin və ərazidə fəaliyyət göstərən fermerlər iştirak ediblər.

Görüş zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat proseduru, subsidiya ilə bağlı məlumatların daxil edilmə ardıcıllığı, müraciəti dolduran zaman qarşılaşdıqları çətinliklərə dair suallar cavablandırılıb, fermerlərin bu sahədən düzgün və vaxtında yararlanmaları üçün müvafiq köməklik göstərilmişdir.

Keçidlər