Şriftin ölçüsü :

Saytın rəngi :

H.Əliyev adına İstirahət Parkında “Zınqırovlu pişik” kukla tamaşası nümayiş olunub+VİDEO

03 iyul 2026 | 20:59

03.07.2026-cı il tarixdə H.Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində Bakı şəhər Mədəniyyət Baş İdarəsi, və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  uşaqlar üçün “Zınqırovlu pişik” adlı kukla tamaşası nümayiş etdirilib.

https://www.facebook.com/reel/4084106961887971

Tədbirdə rayon sakinləri, valideynlər və balaca tamaşaçılar iştirak ediblər. Rəngarəng dekorasiyalar, maraqlı səhnə həlli və peşəkar kukla aktyorlarının çıxışları uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşa boyunca balacalar personajların macəralarını diqqətlə izləyərək onlarla birlikdə əyləniblər.

“Zınqırovlu pişik” tamaşası uşaqlarda dostluq, cəsarət, birlik və xeyirxahlıq kimi dəyərlərin aşılanmasına xidmət edib. İnteraktiv səhnələr və musiqili nömrələr tədbirə xüsusi rəng qataraq tamaşaçıların xoş ovqatına səbəb olub.

Qeyd edək ki, H.Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində təşkil olunan bu cür mədəni-kütləvi tədbirlər uşaqların asudə vaxtının səmərəli təşkili, onların teatr sənətinə marağının artırılması və ailələrin birgə istirahətinin təşviqi məqsədi daşıyır.

Keçidlər