Heydər Əliyev adına istirahət parkında gənc xanəndə Yusif Cəfərbəylinin konserti keçirilib
25.07.2026-cı il tarixdə Xətai rayonunda rayon İcra Hakimiyyətinin və Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “Musiqili Bakı” proqramı çərçivəsində gənc xanəndə Yusif Cəfərbəylinin konserti keçirilib.
Konsertdə rayon sakinləri və musiqisevərlər iştirak ediblər. Tədbirdə səsləndirilən muğam və xalq mahnıları iştirakçılara xoş ovqat bəxş edib
Açıq hava şəraitində təşkil olunan musiqi axşamı iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
Qeyd edək ki, “Musiqili Bakı” proqramı çərçivəsində keçirilən konsertlərin məqsədi şəhərin mədəni həyatını zənginləşdirmək, sakinlərin asudə vaxtının səmərəli təşkilinə töhfə vermək və milli musiqi sənətinin təbliğinə dəstək göstərməkdir.






