Heydər Əliyev adına istirahət parkında Samirə Rəcəblinin konserti keçirilib
10.07.2026-cı il tarixdə Xətai rayonunda rayon İcra Hakimiyyətinin və Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “Musiqili Bakı” proqramı çərçivəsində tanınmış müğənni Samirə Rəcəblinin konserti keçirilib.
Konsertdə rayon sakinləri və musiqisevərlər iştirak ediblər. Samirə Rəcəbli proqram ərzində repertuarının sevilən mahnılarını, eləcə də Azərbaycan estradasının məşhur bəstələrini canlı ifa edib. İfaçının çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Açıq hava şəraitində təşkil olunan musiqi axşamı iştirakçılara xoş ovqat bəxş edib.
Qeyd edək ki, “Musiqili Bakı” proqramı çərçivəsində keçirilən konsertlərin məqsədi şəhərin mədəni həyatını zənginləşdirmək, sakinlərin asudə vaxtının səmərəli təşkilinə töhfə vermək və milli musiqi sənətinin təbliğinə dəstək göstərməkdir.






