Şriftin ölçüsü :

Saytın rəngi :

Kazımağa Kərimov küçəsində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib

14 sentyabr 2026 | 16:36

Xətai rayonunun Kazımağa Kərimov küçəsində ərazinin abadlaşdırılması və yaşayış mühitinin daha da yaxşılaşdırılması məqsədilə genişmiqyaslı işlər görülüb.

Aparılan işlər çərçivəsində küçənin asfalt örtüyü və səkilər yenilənib, hasarlar rənglənib. Əraziyə yeni yaşıllıqlar salınıb, həmişəyaşıl ağac və kollar əkilib. Küçənin estetik görünüşünü daha da zənginləşdirmək məqsədilə asma dibçəklər yerləşdirilib, müxtəlif gül-çiçək kompozisiyaları yaradılıb.

Küçənin görünüşünə xələl gətirən, istismar müddətini başa vurmuş kommunikasiya xətləri də yeniləri ilə əvəzlənib. Yaşayış evlərinin dam örtükləri və fasadları rənglənərək binaların xarici görünüşü müasirləşdirilib.

Görülən kompleks işlər nəticəsində Kazımağa Kərimov küçəsinin ümumi siması əhəmiyyətli dərəcədə dəyişib. Yaşıllıqların artırılması, fasadların yenilənməsi və ərazinin səliqəyə salınması küçədə daha baxımlı və müasir yaşayış mühitinin formalaşmasına imkan verib.

Abadlıq tədbirləri sakinlərin rahatlığının təmin olunmasına, küçənin estetik görünüşünün yaxşılaşdırılmasına və ərazinin daha əlverişli yaşayış məkanına çevrilməsinə xidmət edir.

 

Keçidlər