Şriftin ölçüsü :

Saytın rəngi :

"Mygov-u yüklə, xidmətlər və sənədlər həmişə əlçatan olsun!"

25 sentyabr 2026 | 17:59

Rəqəmsal texnologiyaların gündəlik həyatımızda tətbiqinin genişlənməsi dövlət xidmətlərindən istifadənin də daha rahat və çevik formada həyata keçirilməsinə imkan yaradır.

Bu istiqamətdə myGov platforması vətəndaşlara bir sıra rəqəmsal xidmətlərdən və sənədlərdən elektron şəkildə istifadə etmək imkanı təqdim edir.

Mygov rəqəmsal platformasının əsas məqsədlərindən biri dövlət xidmətlərindən istifadənin sadələşdirilməsi və vətəndaşların zəruri məlumat və sənədlərə çıxışının asanlaşdırılmasıdır.

Mobil tətbiqdən istifadə etməklə vətəndaşlar müxtəlif rəqəmsal imkanlardan yararlana, elektron sənədlərini mobil cihazlarında əldə edə və tələb olunan hallarda onlardan istifadə edə bilərlər.

Rəqəmsal sənədlərin mobil tətbiqdə əlçatan olması vətəndaşlara sənədlərini fiziki formada daşımadan onlardan istifadə etmək imkanı yaradır.

Bu, həm vaxta qənaət edir, həm də gündəlik proseslərin daha operativ həyata keçirilməsinə şərait yaradır.

 

Keçidlər