Qaraheybət aviasiya poliqonunda helikopter qəzası zamanı həlak olan polkovnik Nəzirov Emil Nəzir oğlunun məzarı ziyarət edilib
04 fevral 2026 | 15:58
4 fevral 2026-ci ildə Qaraheybət aviasiya poliqonunda helikopter qəzası zamanı həlak olan polkovnik Nəzirov Emil Nəzir oğlunun məzarı ziyarət edilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!






