Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan ayı münasibətilə Xətai rayonunda iftar süfrələri təşkil olunub

22 fevral 2026 | 22:11

19, 21, 22 fevral 2026-cı il tarixlərində Xətai rayon İcra Hakimiyyəti tərəfindən Əhmədli məscidində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrələri təşkil olunub. Tədbirlərdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və rayon sakinləri iştirak ediblər.

Mərasim zamanı Qurani-Kərimdən surələr oxunub, dualar edilib, ölkəmizin rifahı və əmin-amanlığı üçün diləklər səsləndirilib. Çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar ünvanlayıb.

Qeyd olunub ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə birlik, sabitlik və davamlı inkişaf təmin olunub. Respublikada dini ibadət ocaqları təmir və bərpa edilib, milli-mənəvi və islami dəyərlər qorunub, Azərbaycan dünya miqyasında tolerantlıq və multikulturalizm nümunəsi kimi tanınıb.

İftar süfrəsi ətrafında “on bir ayın sultanı” adlandırılan Ramazan ayının fəzilətlərindən bəhs olunub, bu mübarək ayda həyata keçirilməsi tövsiyə edilən xeyirxah əməllərdən, mərhəmət və paylaşma kimi ali insani keyfiyyətlərdən danışılıb. Sonda ölkəmizə sülh və firavanlıq arzulanıb.

Keçidlər