Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısının şəhid ataları ilə səhər süfrəsində səmimi görüşü təşkil olunub

22 avqust 2026 | 12:09

22.08.2026-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev və YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev şəhid ataları ilə səhər yeməyi süfrəsi arxasında səmimi görüş keçiriblər.   

Şəhid ailələrinə göstərilən diqqət və qayğının ənənəvi xarakter daşıdığını nümayiş etdirən bu cür səmimi görüşlər mütəmadi olaraq keçirilir. Belə görüşlərdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu, Vətən uğrunda göstərdikləri qəhrəmanlıq barədə söhbətlər aparılır.

Səhər yeməyi süfrəsi ətrafında keçən budəfəki görüş də isti və doğma ab-havası ilə yadda qalıb. Söhbət zamanı şəhid atalarının ürək sözləri dinlənilib, onların gündəlik qayğıları və müraciətləri ilə maraqlanılıb.

İcra hakimiyyətinin başçısı bildirib ki, şəhid ailələri daim dövlətimizin diqqət mərkəzindədir. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəmanların ailələri ilə mütəmadi ünsiyyətin qurulması, onların qayğılarının dinlənilməsi və mümkün məsələlərin həllinə dəstək göstərilməsi əsas istiqamətlərdəndir.

Şəhid ataları isə səmimi görüşlərin keçirilməsini yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər