Şriftin ölçüsü :

Saytın rəngi :

‘Şahin’ hərbi-idman oyununun Xətai rayon birinciliyi keçirildi

22 aprel 2026 | 19:29

22 aprel 2026-cı il tarixində Cəmşid Naxçıvanski adına Hərbi Liseydə gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edən “Şahin” hərbi-idman oyununun Xətai rayon birinciliyi keçirilmişdir.

Tədbirin açılış mərasimində Cəmşid Naxçıvanski adına hərbi liseyin direktoru Vətən Müharibəsi Qəhramanı, polkovnik Anar Mirzəyev, Xətai rayon İcra Hakimiyyəti başçısı aparatının  Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru, şöbə müdirinin müavini- sektor müdiri  Anar Məmmədov, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Pənah İmanov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə sektorun müdiri Tural Əhmədli iştirak etmişlər.

Oyunun yekun nəticələrinə əsasən, 249 nömrəli məktəbin komandası I yerə, 269 nömrəli tam orta məktəbin komandası II yerə, 64 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür.

Birinci yeri tutmuş komanda Xətai rayonunu Bakı şəhər birinciliyində təmsil etmək hüququ qazanmışdır.

Keçidlər