Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid polis Məmmədov Rasim Oqtay oğlunun məzarı ziyarət edilib.

19 sentyabr 2026 | 12:13

19.09.2026-cı il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olmuş polis serjantı Məmmədov Rasim Oqtay oğlunun məzarı ziyarət edilib.

Tədbirdə rayon Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına tər gül-çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!

Keçidlər