Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun məzarı ziyarət edilib

29 sentyabr 2026 | 12:55

29 sentyabr 2026-cı il tarixində Vətən Müharibəsi Qəhrəmanı Həsənov Ceyhun Aydın oğlunun məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət edilib.

Ziyarətdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarət zamanı şəhidin ruhuna dualar oxunub, məzarı önünə gül dəstələri düzülüb, onun şərəfli döyüş yolu və əziz xatirəsi ehtiramla yad edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edir, onların ruhlarına Allahdan rəhmət diləyirik.

Keçidlər