Vətən Müharibəsi Qəhrəmanı Mansurov Elçin Elşən oğlu və şəhid Abbaslı Arif Firuz oğlunun məzarları ziyarət olunub
10 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi Qəhrəmanı Mansurov Elçin Elşən oğlu və şəhid Abbaslı Arif Firuz oğlunun anım günləri ilə əlaqədar məzarları ziyarət olunub.
Anım mərasimində Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ziyarət zamanı şəhidlərin məzarları önünə əklil və gül dəstələri düzülüb, onların əziz və unudulmaz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Şəhid ailələrinin üzvləri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






