Vətən Müharibəsi şəhidi Abbasov Ceyhun Natiq oğlunun məzarı ziyarət olundu
09 fevral 2026 | 12:43
09 fevral 2026-cı ildə Vətən Müharibəsi şəhidi Abbasov Ceyhun Natiq oğlunun məzarı Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ağsaqqalları, şəhidin yaxınları tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
Tədbir iştirakçıları şəhidin məzarı önünə əklil və gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!






