Vətən Müharibəsi şəhidi Baxşəliyev Qərib İnqilab oğlunun məzarı ziyarət olunub, xatirəsi yad edilib
22 may 2026 | 15:57
22 may 2026-cı ildə Vətən Müharibəsi şəhidi Baxşəliyev Qərib İnqilab oğlunun doğum günündə məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
Anım tədbirində Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!






