Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Əsgərov Fərid Ərəstun oğlunun məzarı ziyarət olunub

21 may 2026 | 17:34

21.05.2026-cı il tarixdə Neftçala rayonunda Vətən Müharibəsi şəhidi Əsgərov Fərid Ərəstun oğlunun məzarı Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən ziyarət olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub, məzarı qarşısına  tər gül-çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!



 
Keçidlər