Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Ramaldanov Babək Meyvəddin oğlunun məzarı ziyarət edilib

16 oktyabr 2026 | 12:01

16 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi Ramaldanov Babək Meyvəddin oğlunun məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət edilib.

Ziyarətdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev,  Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Anar Mirzəyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarət zamanı şəhidin ruhuna dualar oxunub, məzarı önünə əklil və gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edir, onların ruhlarına Allahdan rəhmət diləyirik.

Keçidlər