Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi  Umudlu Elmir Perviz oğlunun anım tədbiri keçirilib

27 oktyabr 2026 | 13:51

27 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi  Umudlu Elmir Perviz oğlunun xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib.  

Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin ruhuna dualar oxunub, abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edir, onların ruhlarına Allahdan rəhmət diləyirik.
Keçidlər