Vətən Müharibəsi şəhidləri İbrahimli Xeyrulla Mais oğlu və Rəhimli Kamil Vəli oğlunun məzarları ziyarət edilib
19 aprel 2026 | 18:29
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidlərin ruhuna dualar oxunub, məzarları qarşısına tər gül-çiçək dəstələri düzülüb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!






