07 oktyabr 2026-cı il tarixində Vətən müharibəsi şəhidləri Kərimov Sənan Rəhman oğlu, Abdürrəhmanlı Sübhan Mahir oğlu, Şükrani Şükran Rüfət oğlu, Rüstəmov Rövşən Orxan oğlu və Məhərrəmov Fərid Asif oğlunun məzarları ziyarət olunub.
07 oktyabr 2026-cı il tarixində Vətən müharibəsi şəhidləri Kərimov Sənan Rəhman oğlu, Abdürrəhmanlı Sübhan Mahir oğlu, Şükürani Şükran Rüfət oğlu, Rüstəmov Rövşən Orxan oğlu və Məhərrəmov Fərid Asif oğlunun anım günləri ilə əlaqədar məzarları ziyarət olunub.
Anım mərasimində Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, onların əziz və unudulmaz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Daha sonra digər şəhid məzarları da ziyarət olunub, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Şəhid ailələrinin üzvləri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






