Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon Ağsaqqallar Şurası “Təhsil, milli dəyərlər və vətənpərvərlik” mövzusunda tədbir keçirib

19 noyabr 2026 | 19:35

19 noyabr 2026-cı il tarixində Xətai rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Təhsil, milli dəyərlər və vətənpərvərlik” mövzusunda tədbir keçirilib.

Tədbirdə Xətai rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai rayon İcra Hakimiyyətinin sektor müdiri Pənah İmanov, eləcə də ictimaiyyət nümayəndələri və ağsaqqallar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf siyasəti, milli-mənəvi dəyərlərin qorunması, gənclərin yüksək təhsilli və vətənpərvər ruhda yetişdirilməsi məsələləri diqqətə çatdırılıb. Qeyd olunub ki, gənc nəslin dövlətə və Vətənə sədaqət ruhunda tərbiyəsində ağsaqqalların və bütövlükdə cəmiyyətin üzərinə mühüm vəzifələr düşür.

Tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi apararaq təhsil, milli dəyərlərin təbliği və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində görüləcək işlərin əhəmiyyətini vurğulayıblar.

Keçidlər