Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində dövlət qulluğunda inzibati vəzifələrin tutulması qaydalarına dair təlim keçirilib

05 iyun 2026 | 17:27

Xətai rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin (dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması) 1–3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilmişdir.

Təlim Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirdə təlimçi-Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Nərmin Ağayeva və rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları iştirak etmişlər.

Təlim zamanı iştirakçılara dövlət qulluğunda inzibati vəzifələrin tutulması mərhələləri, dövlət qulluğuna qəbul prosesinin hüquqi əsasları, müsabiqə və müsahibə qaydaları, namizədlər üçün müəyyən edilmiş tələblər, eləcə də dövlət qulluğunda karyera inkişafı imkanları barədə ətraflı məlumat verilmişdir.

Təlimin əsas məqsədi dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin və hazırda bu sahədə fəaliyyət göstərən mütəxəssislərin məlumatlılığının artırılması, dövlət qulluğunda vəzifələrin tutulması ilə bağlı prosedurların daha dərindən izah edilməsi və bu sahədə peşəkar biliklərin təkmilləşdirilməsinə dəstək göstərilməsi olmuşdur.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış, dövlət qulluğunda vəzifələrin tutulması mərhələləri, müsabiqə və müsahibə qaydaları ilə bağlı real nümunələr əsasında praktiki müzakirələr aparılmışdır.

Keçidlər