Xətai rayon İcra Hakimiyyətində "Kibermaariflənmə və Süni İntellektdən təhlükəsiz istifadə" mövzusunda təlim təşkil olundu
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmdal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yerli icra hakimiyyətləri üçün "Yol Xəritəsi" hazırlanmışdır.
https://www.youtube.com/watch?v=DziTQSLFGqk
"Yol Xəritəsi"nin icrası çərçivəsində 29 oktyabr 2026-cı il tarixində Xətai rayon İcra Hakimiyyətində "Kibermaariflənmə və Süni İntellektdən təhlükəsiz istifadə" mövzusunda təlim təşkil olundu.
RİH-in inzibati binasında təşkil olunmuş təlimdə RİH başçısı aparatının əməkdaşları, RİH başçısının sahə və qəsəbə inzibati ərazi dairəlri üzrə nümayəndələri iştirak etdilər.
Təlim öncəsi sorğu keçirilərək “İnformasiya təhlükəsizliyi, süni intellekt üzrə ilkin bilik və qərarvermə səviyyəsinin təlim öncəsi qiymətləndirilməsi” sorğu anketlərinə uyğun olaraq iştirak edən əməkdaşların kibergigiyena sahəsində məlumatlılıq səviyyəsi qiymətləndirildi.
Daha sonra təlimçi, kibertəhlükəsizlik üzrə mütəxəssis Nərgiz Əliyeva kibergigiyena haqqqında təlim iştirakçılarına ətraflı məlumat verərək qeyd etdi ki, mövzu rəqəmsal cihazların təhlükəsizliyini təmin etmək və şəbəkə vasitəsilə gələn təhdidlərdən qorunmaq üçün mütəmadi olaraq yerinə yetirilməli olan fundamental qaydalar və vərdişlər bütünüdür. Kibergigiyenanın ən vacib əsas prinsiplərini (güclü parolların istifadəsi, çox faktorlu doğrulama – MFA, proqram təminatının yenilənməsi, şübhəli linklər və fişinq (phishing) və s.)) sadalayan təlimçi bildirdi ki, bu qaydalara riayət etmək şəxsiyyət oğurluğunun, maliyyə itkilərinin və virus yoluxmalarının qarşısını böyük ölçüdə almağa kömək edir.
Sonda təlim mövzusuna uyğun olaraq yenidən sorğu keçirilərək “İnformasiya təhlükəsizliyi, süni intellekt üzrə ilkin bilik və qərarvermə səviyyəsinin təlimsonrası qiymətləndirilməsi” sorğu anketlərinə uyğun olaraq iştirak edən əməkdaşların kibergigiyena sahəsində məlumatlılıq səviyyəsi qiymətləndirildi.






